"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Təbriz küçəsi 10 ünvanına verilən çıxarış ləğv edilməlidir”- NəRiMANOV BəLəDiYYəSi QARşILIQLI iDDiA əRiZəSiYLə MəHKəMəYə MüRACiəT EDiB

--2022-09-01 / 06:16

Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin imzasıyla Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin əsədovaya ünvanlanan iddia ərizəsində cavabdeh kimi əliməmmədov Natiq islam oğlu, “inteks” MMC və “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsi göstərilib.

Bununla bağlı bələdiyyənin təqdim etdiyi iddia ərizəsində bildirilir ki, iddiaçı əliməmmədov Natiq islam oğlunun “inteks” MMC-yə və Nərimanov bələdiyyəsinə qarşı, 305 saylı, 03 may 2021-ci il tarixli “inteks” MMC ilə Nərimanov bələdiyyəsi arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsi və həmin qeyri-yaşayış sahəsi təhvil verilənədək “inteks” MMC tərəfindən əzməmmədov Natiq islam oğluna hər ay 5000 manat məbləgində kompensasiyanın verilməsi barədə iddia tələbinə dair iddiaçının ərizəsi Nərimanov Məhkəməsinin icraatındadır. Məhkəmə tərəfindən iddiaçının ərizəsi əsasında   Bakı şəhəri Təbriz küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər “inteks” MMC ilə Nərimanov rayon Bələdiyyəsi arasında bağlanmış 305 saylı, 03 may 2021-ci il tarixli müqavilə üzrə aylıq kirayə haqları və kompensasiyanın ödənilməsi və müqavilə üzrə digər hərəkətlərin edilməsi inteks” MMC və Nərimanov bələdiyyəsinə bələdiyyə nümayəndəsinin iştirakı olmadan məhkəmənin hakimi G.əsədova tərəfindən baxılaraq qadağan edilmişdir. Artıq cari ilin səkkiz ayı ərzində Nərimanov bələdiyyəsinə “inteks” MMC tərəfindən müqavilə üzrə üzrə ödənilməli olan icarə haqqları adıçəkilən məhkəmə hakiminin qəbul etdiyi qərara əsasən dayandırılıb.

Göstərilənlərlə bağlı iddia tələbinə etiraz edərək Nərimanov bələdiyyəsi hesab edir ki, tələbdə qeyd olunanlar əsassızdır və iddiaçının mübahisə predmeti olan sahəyə   iddia qaldırmaq üçün subyektiv hüquq yaradan sənəd özlüyündə etibarsızdır. Belə ki, təqdim olunan sənədlərdən göründüyü kimi iddiaçı əliməmmədov Natiq islam oğlunun mübahisə predmeti olan sahəyə hüquqlarını həsdiq edən hüquqmüəyyənedici sənəd alqı-satqı müqaviləsində qeyd edildiyi kimi 24.09.2021-ci il tarixli 1306 saylı icarə müqaviləsi olmuşdur ki, həmin vaxt qeyd olunan qeyri-yaşayış sahəsinə dair Nərimanov bələdiyyəsinin əmlak Məsələləri Dövlət əmlak komitəsi ilə bağlanmış müqaviləsi qüvvədə olmuşdur. Yəni, qüvvədə olan icarə müqaviləsi ləğv edilmədən istifadədə olan əmlaka dair yeni icarə müqaviləsinin bağlanması mümkünsüz olduğundan öz-özlüyündə etibarsızdır. Ona görə də bələdiyyə hesab edir ki,   həmin etibarsız müqaviləyə istinad etməklə bağlanmış 289 saylı, 12.10.2021-ci il tarixli alqı-satqı müqaviləsi   etibarsızdır və etibarsız əqdin yaratdığı hüquqi nəticələr əsassız hesab olunmaqla, onun əsasında verilmiş mülkiyyətə dair çıxarış da ləğv olunmalıdır.

Eyni zamanda bələdiyyə bildirir ki, hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 2008-ci ildən qanuni əsaslarla Nərimanov bələdiyyəsinin icarəsində və istiafadəsindədir. Mübahisələndirilən müqavilə bağlananadək müqavilə öhdəlikləri yerinə yetirilmiş və yetirilməkdədir. Həmin qeyri-yaşayış sahəsinin icarə müqaviləsi bu günədək ləğv edilməmiş və hər hansı formada icrası dayandırılmamışdır, hazırda da qüvvədədir və 2021-ci ilin sonunadək icarə haqları ödənilmişdir.

icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarı əsasında pozula bilər. Göründüyü kimi, sadalanan normativ-hüquqi aktların göstərilən müddəaları icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir.

Müqavilənin razılaşma olmadan və məhkəməyə müraciət etmədən birtərəfli qaydada vaxtından əvvəl ləğv olunması həmçinin MM-in 6.1.1 və 6.1.2-ci maddələrində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi prinsiplərinə uyğun gəlmir.                        Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

Həmin Məcəllənin   423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.         

Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından da aydın olur ki, icarəyə verilmiş hər hansı sahəyə görə bağlanılmış icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi, dəyişdirilməsi və ya icrasının məhdudlaşdırılması yolverilməzdir. icarə müqaviləsinin şərtlərinin pozulması və digər hallara dair mübahisə yarandığı halda tərəflər arasında bağlanmış və qüvvədə olan həmin müqavilə məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmənin icraatında olan mülki iş üzrə mübahisə predmeti hesab edilən qeyri-yaşayış sahəsinə görə hüquqi şəxslər arasında müqavilənin qüvvədə olması və müqavilə şərtlərinə riayət olunduğu halda həmin qeyri-yaşayış sahəsinin hərrac yolu ilə özəlləşdirilməsi və ya həmin sahəsin başqa şəxslərə satılması qanunsuz olduğundan onun yaratdığı hüquqi nəticə də etibarsızdır.          

Bələdiyyə hesab edir ki, bu kimi hallar qarşı tərəfin hüquqlarını pozmaq və onların normal fəaliyyətini məhdudlaşdırmaqla, qanunvericiliyin tələblərinə ziddir. Həmçinin bildirir ki, qeyd olunanlar Ölkə başçısı cənab ilham əliyev bələdiyyələrin fəaliyyət göstərdikləri (yerləşdikləri) inzibati binaların onların mülkiyyətinə verilməsinə dair fərmanının tələbləri ilə ziddiyyət təşkil edir. Bu əsaslara görə də bələdiyyə icraatda olan mülki iş üzrə mübahisə predmeti hesab edilən qeyri-yaşayış sahəsinə görə iddiaçının iddia tələbinə qarşı olaraq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı iddia təqdim edilməsini zəruri hesab edir.

Nərimanov bələdiyyəsi hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, Təbriz küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 24.09.2021-ci il tarixli. 1306 saylı icarə müqaviləsi, həmçinin əmlakın satılmasına dair 289 saylı, 12.10.2021-ci il tarixli alqı-satqı müqaviləsi     etibarsız hesab edilməsi və   onun yaratdığı hüquqi nəticələr də etibarsız olduğundan mübahisə predmeti olan   həmin sahənin əliməmmədov Natiq islam oğlunun mülkiyyətinə verilməsi barədə 16.11.2021-ci il tarixli, 648332 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir.  

Qanunvericiliyin tələblərini nəzərə alaraq Nərimanov bələdiyyəsi Nərimanov Məhkəməsindən xahiş edir ki, ilkin iddia tələbninin   rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri, Təbriz küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 24.09.2021-ci il tarixli. 1306 saylı icarə müqaviləsi, həmçinin əmlakın satılmasına dair 289 saylı, 12.10.2021-ci il tarixli alqı-satqı müqaviləsinin     etibarsız hesab edilməsi və   onun yaratdığı hüquqi nəticələr də etibarsız olduğundan mübahisə predmeti olan   həmin sahənin əliməmmədov Natiq islam oğlunun mülkiyyətinə verilməsi barədə 16.11.2021-ci il tarixli, 648332 saylı çıxarışın ləğv edilməsi   barədə qətnamə qəbul edilsin.

Nərimanov bələdiyyəsi

ŞƏRHLƏR